Xavi onu istəyir: Şəxsən bəyənib
Donetsk “Şaxtyor”unun və Ukrayna millisinin yarımmüdafiəçisi Georgi Sudakov Avropa nəhənginin maraq dairəsinə düşüb.
Aut.az xəbər verir ki, “Mədənçilərin” gənc üzvü ilə “Barselona” maraqlanır. Bu barədə İspaniyanın “Fichajes” nəşri məlumat yayıb.
“Şaxtyor”in istedadlı yarımmüdafiəçisinə maraq Çempionlar Liqasının qrup mərhələsinin oyunlarından sonra yaranıb. Kataloniya təmsilçisinin baş məşqçisi Xavi onu şəxsən bəyənib və növbəti mövsümdə komandasında görmək istəyir.
Bu mövsüm Sudakov “Şaxtyor”un heyətində bütün rəsmi turnirlərdə 18 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. 21 yaşlı ukraynalının hazırkı dəyərini 18 milyon avro qiymətləndirir. Onun klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
