İspaniya

Bazar ertəsi görüşəcəklər: “Etibarlı adam” da orada olacaq

Xavinin “Barselona”dakı gələcəyinə bazar ertəsi aydınlıq gələ bilər.

Aut.az xəbər verir ki, “Mundo Deportivo”nun məlumatına görə, mayın 20-də Laporta və Xavinin iştirakı ilə görüş planlaşdırılır və ondan sonra prezidentin məşqçini qovub-qovmayacağına aydınlıq gələcək. İclasda klubun idman direktoru Deko və ehtimal ki, hər üçünün etibarlı adamı Alexandro Eçevarriyanın iştirakı gözlənilir.

Klub hesab edir ki, Xavinin öz fikrini ifadə etdiyi üçün qovulmasını izah etmək çətin olacaq. Bundan əlavə, “Barselona”nın nüfuzlu şəxsləri klubun bu yaxınlarda Xavi ilə əməkdaşlığı davam etdirdiyini rəsmən elan etdiyini və komandanın cədvəldə ikinci pilləyə yüksəldiyini nəzərə alaraq,  mümkün istefanın azarkeşlərə izah edilməsinin çətin olacağını müzakirə edirlər.

Daha əvvəl  bildirilmişdi ki, “Barselona”nın prezidenti Joan Laporta Xavinin klubdakı iqtisadi vəziyyətlə bağlı açıqlamalarından sonra baş məşqçi ilə əməkdaşlığa son qoymaq qərarına gəlib. Klub Xavi və heyətini işdən çıxarsa, 20 milyon avro təzminat ödəməlidir.

Aut.az