Bu gün rusların Ukrayna ərazisinə səhər saatlarında kütləvi raket hücumu nəticəsində Lvovda milli komandanın və bir sıra yerli klubların keçmiş basketbolçusu, 44 yaşlı Viktor Kobzisti həlak olub.
Aut.az xəbər verir ki, bu barədə Lvov Şəhər Şurasının idman departamentinin rəhbəri Anton Nikulin öz “Facebook” məlumat verib:
“Bu gün şəhərimizin raketlərlə məkrli atəşə tutulması zamanı ukraynalı basketbolçu, məşqçi, Ukraynanın beynəlxalq dərəcəli idman ustası Viktor Kobzisti həlak olub. Yaxınlarına başsağlığı diləyirəm”.
Qeyd edək ki, Kobzistinin futbolçu karyerası ərzində “Azovmaş”, “Budivelnik” və “Dnepr” klublarında oynayıb. 2011-ci ildə Ukrayna çempionu olub. Ukrayna milli komandasının heyətində 2001 və 2005-ci illərdə iki Avropa çempionatında iştirak edib.
Viktor 2011-ci ildə karyerasını bitirib. Son olaraq o, “Dinamo”nun (Kiyev) qadınlardan ibarət komandasının baş məşqçisi olub.