“Mançester Yunayted” öz rəsmi saytında INEOS-un sədri Cim Ratkliffin klubun B sinifli səhmlərinin 25%-ni və A kateqoriyalı səhmlərinin 25%-ə qədərini alması ilə bağlı müqavilə bağladığını elan edib.
Aut.az xəbər verir ki, INEOS “Old Trafford”da gələcək investisiya üçün nəzərdə tutulmuş əlavə 270 milyon avronu təmin edəcək.
Razılaşmanın bir hissəsi olaraq, INEOS klubun futbol əməliyyatlarının idarə edilməsi üçün məsuliyyətin ötürülməsi ilə bağlı idarə heyətinin tələbini qəbul etdi. Buraya kişi və qadın futbolunun bütün aspektləri və akademiyaları, həmçinin “Mançester Yunayted” PLC idarə heyətində və “Mançester Yunayted” Futbol Klubunun idarə heyətində iki yer daxildir.
Hazırda “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində yeddinci yerdədir. Komanda 17 görüşdə 28 xal toplayıb.
Aut.az