Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto’O-nu nikahdankənar münasibətdən doğulan 21 yaşlı qızı Enni məhkəməyə verib.
Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Enni atasının ailəni dəstəkləmək öhdəliklərini pozduğuna görə məhkəməyə müraciət etmək qərarına gəlib. 13 oktyabr tarixli şikayət Milan prokurorluğuna verilib.
Sənəddə qeyd olunur ki, 2015-ci ildə qıza dəstək olmaq üçün 10 min avro ödəməli olduğu hökmə baxmayaraq, o, valideynlik öhdəliklərindən yayınıb. Qızı iqtisadi cəhətdən müstəqil olmayan tələbədir. Ona, maliyyə durumu yaxşı olmayan anası dəstək olur.
O, qızına layiqli həyat zəmanəti verə bilmir. Atası isə onların istəklərini daim geri çevirir. Buna görə də, Enni atasını məhkəməyə vermək qərarına gəlib.
Əvvəllər Eto’O İspaniya məhkəməsinə verilib. Onu nikahdankənar doğulan başqa bir qız aliment ödəməməkdə ittiham edirdi.
Aut.az