Aut.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…- Məğlub olsaq da, yaxşı oyun oldu. İki komanda tərəfdən dinamik matç keçdi. Deyəcək çox söz yoxdur. 100 faizlik imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Futbolun gözəlliyi budur. Nəticədən yox, oyundan, futbolçuların yanaşmasından razı qaldım.
– Qarşıda millinin oyunları var və fasilə olacaq. Bundan necə yararlanacaqsız?
– Əfsuslar olsun, komanda olaraq birlikdə istirahət edə bilməyəcəyik. Digər futbolçulara üç gün istirahət verəcəyik və sonra çalışmağa başlayacağıq. Futbolçuların istirahətə ehtiyacı var.
– Ovusunun adı klubla hallanır…
– Mətbuatdan eşitmişəm. Hansısa danışıq olmayıb.
– Andrey Lunyovun oynayacağı gözlənilirdi. Şahruddin seçimi nə ilə bağlı idi?
– Limit və meydança amili var idi. Digər tərəfdən təcrübə də vacibdir. Şahruddinin oynamasına ehtiyac var idi. Qərar belə oldu.
– Qrup mərhələsində təqvim məlum olub. Bu haqda fikirləriniz nədir?
– Normal. Neqativ fikirləşsək, işimizə mane olar. Normal formada oyunlara hazırlaşacağıq.
– Avrokuboklara görə həftədə iki dəfə oyun olacaq. Sıx qrafikdə əsas oyunçuların startda olmamas
– Bu, problemdir. Futbolçularımızı da saxlamalıyıq. Leandro Andrade milliyə gedəcək. Marko Yankoviçi heç meydana buraxmadım, onların yığmadakı oyunu daha tezdir. Çempionata normal formada hazırlaşa bilməmişik. İlk deyil, illərdir belə rotasiyalar edirik. Bu dəfə yaxşı alınmadı. Çatışmazlıqları proqramımıza baxıb, həll etməyə çalışacağıq.
– Rəqib önə keçdikdən sonra vaxtı uzadırdı. Bu, sizi qıcıqlandırmırdı?
– Vaxt keçirmək olar, amma hakimlərə deyəndə deyirlər vaxtı əlavə edəcəyik. Lakin məsələ bu deyil. Oyunu ələ alırsa, 3-4 dəqiqəlik pauza yaranır. Bu, futbolçularda qıcıq yaradır. Bu qədər vaxtı aparmalarını, tempin aşağı düşməsini istəməzdim. Hakimə bildirirdim ki, əvvəldən xəbərdarlıq et, belə hallar yaşanmasın. Vaxt aparmaq rəqiblərin taktiki planıdır. Qarşıdakı rəqib də həddən artıq istəkli olanda onlara hörmətlə yanaşıram. Qələbə üçün hər variantdan istifadə edirlər. Bu qədər temp salmasaq yaxşı olar.
– Avrokuboklar vaxtı sıx qrafikə görə xallar itirilir. Qışdan sonra bunu kompensasiya etmək olacaq?
– Qışa kimi kompensasiya etmək lazımdır. Qarşıdakı oyunlarda daha aktiv olmalıyıq. Növbəti ili bilmək olmaz. Bəlkə, qrupda uğurlu olduq və növbəti ili sıx qrafikdə keçirdik. Neçə ildir bu yoldayıq. Sadəcə bu mövsüm startda itkilər çox oldu. Liderlər sırasında olmaq istəyiriksə, aktiv olmalıyıq. Düzünü etməyə çalışacağıq.
– Bədavi Hüseynov nə vaxt qayıdacaq?
– Komandaya qoşulmağına 15-20 gün var.
– Bəhlulun oyununu necə dəyərləndirirsiz?
– Yaxşıdır, oyundan-oyuna daha yaxşı olacaq.
– Startdakı xal itkiləri gələcəkdə faciəyə çevirə bilər?
– Faciə yox, amma nəticəyə təsir edə bilər. Xallarımızdan razı deyilik, amma görünür ki. çempionat bu il fərqli olacaq. Bəzən böyük çempionatlarda görürsən ki, 10 ildən bir düşünüməyən nəticə olur. Xal itirməyən komanda yoxdur.
– Nəriman Axundzadəyə maksimum şans verməyə çalışırsız. Onun daha yaxşı olmasına nə qədər vaxt lazımdır?
– Deyə bilmərəm, sadəcə mütəmadi oynamalıdır. Hamı fikirləşməlidir ki, baş məşqçi inanırsa, özü də qarşılığını verməli, hazırlaşmalıdır. Oyunçu var tez uyğunlaşır, oyunçu da var gec. Nərimana inanıram, potensialı var. Şərait yaradıram, sonrası özündən asılıdır. İnşallah, daha yaxşı olar.
– Azarkeşlər komandadan daha çox uğur tələb edir. Avropa Liqasında qrupdan çıxmaq mümkün olacaq?
– Biz də uğurlu olmaq istəyirik. Hər turnirdə maksimum gücdən istifadə etməyə çalışmışıq. Əvvəlki illərdə olduğu kimi çalışırıq ki, nəticələrimizi minimum qoruyub-saxlayaq, maksimum daha yaxşı edək.