İran yığması Tehranda Rusiya ilə yoldaşlıq oyunu keçirib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Aut.az xəbər verir ki, iranlı jurnalist Əhməd Əli Zamtare oyunun nəticəsinin əvvəlcədən razılaşdırıldığını iddia edib:
“Matçın böyük fayda gətirdiyini deyə bilmərəm. Şəxsən mən onun tərəfdarıyam ki, səndən üstün olan güclü rəqiblərlə oynamaq lazımdır. İdeal olaraq, qüvvələr rəqibin xeyrinə 40-60 faiz nisbətində olmalıdır. Amma başa düşürəm ki, İngiltərə, Almaniya, Braziliya və ya Argentina ilə hər zaman razılığa gəlmək mümkün olmur.
Niyə bu oyunda fayda görmürəm? Çünki qarşılaşma yoldaşlıq yox, dostluq şəraitində keçdi. Şəxsən mən hesabın heç-heçə olacağına şübhə etmirdim. Amma düşünürdüm ki, 2:2 hesabı ilə başa çatacaq. Çünki 0:0 tamaşaçılar üçün çox darıxdırıcı olardı.
Bu oyunun nəticəsi əvvəlcədən razılaşdırılmışdı? Mənim birbaşa sübutum yoxdur. Ona görə də kiminsə kiminləsə qabaqcadan danışıq apardığını deyib, ittiham edə bilmərəm. Amma mənim şəxsi fikrim belədir ki, bəli, əvvəlcədən razılaşdırılmış heç-heçə oldu. Fikrimi deməyə haqqım varmı?”
Aut.az