Təyyarə qəzasının 75-ci ildönümü üçün xüsusi forma – VİDEO
Mayın 4-də ötən əsrin 40-cı illərinin əfsanəvi “Torino” klubunun faciəli ölümündən 75 il keçir.
Aut.az xəbər verir ki, bu tarix üçün “Torino” mayın 3-də A Seriyasının “Boloniya”ya qarşı matçına xüsusi formada çıxacaq.
Bu forma satışa da çıxarılacaq, lakin məhdud sayda – cəmi 750 ədəd.
Xatırladaq ki, 1949-cu il mayın 4-də göyərtəsində “Torino” komandası olan təyyarə qatı duman səbəbindən Turin yaxınlığındakı Superqa təpəsinə çırpılmışdı. Təyyarədə olan bütün sərnişinlər həlak olmuşdu.
Həmin “Torino” ardıcıl 5 dəfə İtaliya çempionu olub və İtaliya klub futbolu tarixinin ən güclü komandalarından biri hesab olunur.
Aut.az
La Superga 75#Superga75 pic.twitter.com/wJhFkbTK8a
— Torino Football Club (@TorinoFC_1906) May 2, 2024
