Dünya futbolu

Messi onu da yanına çağırır

MLS klubu “İnter Mayami” “Benfika”nın vingeri Anxel Di Mariya ilə maraqlanır.

Aut.az xəbər verir ki, Amerika klubu futbolçunun müqaviləsi ilə bağlı vəziyyətə aydınlıq gətirmək üçün müraciət edib.

Di Maria hələ yeni mövsüm üçün müqaviləsini uzatmayıb və yayda “qartallar”ı azad agent kimi tərk edə bilər.

Bildirilir ki, Messi də yaxın dostunu yanına gəlməyə sövq edir. Di Maria uzun müddətdir Argentina millisində Lionel Messi ilə birgə çıxış edib və bu yaxınlarda milli komandadan ayrıldığını açıqlayıb.

Futbolçu hələ ki, Avropanı tərk edib MLS-ə getməklə bağlı qərar verməyib.

Di Maria bu mövsüm 16 qol vurub və 15 məhsuldar ötürmə edib.

Aut.az