Dünya futbolu

Ərəblər ona görə 80 milyon ödəməyə hazırdılar

“Porto” ilə “Əl-İttihad”  yarımmüdafiəçi Rodriqo Mora ilə bağlı transfer danışıqları aparacaq.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Merkado Azul məlumat yayıb.

Mənbənin sözlərinə görə, Səudiyyə Ərəbistanı klubu 18 yaşlı portuqaliyalı futbolçunun müqaviləsində göstərilən 70 milyon avro məbləğində sərbəstqalma şərtini ödəməyə hazırdır.

“Transfermarkt” isə gənc oyunçunu 40 milyon avro dəyərində qiymətləndirir.

Rodriqo Mora 2024/25 mövsümündə bütün turnirlərdə 40 oyuna çıxıb, 12 qol vurub və 4 məhsuldar ötürmə edib.