Almaniya

Toxunulmazdır: “Bayer”in əsas ulduzu qalır

 “Bayer” hücumameyilli yarımmüdafiəçi Florian Virtsin  satışından yaxşı pul qazana biləcəyini başa düşür, lakin futbolçunu 2024-cü ilin yayında buraxmaq niyyətində deyil.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat verib. Virts, baş məşqçi Xabi Alonso kimi, komandada qalacaq və Leverkuzen klubunun  Çempionlar Liqasında yaxşı çıxış etməsinə kömək edəcək. Bildirilir ki, Florianın indi toxunulmaz statusu var və onun satışı mümkün deyil.

“Bayer” futbolçunu 2025-ci ilin yayında satmağı düşünür.

21 yaşlı Virtz bu mövsüm 18 qol vurub, 19 məhsuldar ötürmə edib.

Aut.az