“Bavariya”ya bəd xəbər: 1 ay olmayacaq
“Bavariya”nın sağ cinah müdafiəçisi Saşa Boe sol dizinin meniskini zədələyib.
Aut.az xəbər verir ki, futbolçu ən azı 4 həftə meydançaya çıxa bilməyəcək. Bu barədə klubun saytı məlumat yayıb.
24 yaşlı fransız artıq əməliyyat olunub. Onun bərpa prosesinə də artıq start verilib.
Saşa Boe 2023-cü ildə “Qalatasaray”dan “Bavariya”ya keçib. O, “Dijon” və “Renn” klublarında da çıxış edib.
Bu mövsüm müdafiəçi Almaniya çempionatında “Bavariya”nın heyətində cəmi 2 oyun keçirib.
Aut.az
