Deyir ki, hörmət etmir, onu dərhal satardım
“Bavariya”nın və Almaniya yığmasının keçmiş yarımmüdafiəçisi Lotar Matteus hesab edir ki, Münhen klubunun müdafiəçisi Lukas Ernandesi satması lazımdır.
PSJ fransızı heyətinə qatmaq istəyir və şayiələrə görə, futbolçu artıq “Bavariya” rəhbərliyini ayrılmaq istəyi ilə bağlı məlumatlandırıb.
“Mən onun dərhal satardım. Onun kluba heç bir hörməti yoxdur. Düzdür, o, meydanda həmişə mentalitet nümayiş etdirir, amma bir neçə dəfə də zədə alıb. Oyunçu bunu yadda saxlamalı və sadiq qalmalıdır”, – deyə “Sky Sport” Matteusdan sitat gətirib.
Ernandes 2019-cu ildə “Atletiko”dan 80 milyon avroya “Bavariya”ya keçib. 2018-ci ilin dünya çempionu Almaniya klubunda 107 oyun keçirib.
Aut.az
