“Bavariya” onunla müqaviləni yenilədi
“Bavariya”nın baş direktoru Yan-Kristian Dresen klubda fəaliyyətini davam etdirəcək.
Aut.az xəbər verir ki, Münhen klubunun Müşahidə Şurası yekdilliklə 57 yaşlı funksionerlə müqaviləni 2027-ci ilin iyun ayına qədər uzatmaq qərarına gəlib. Bu barədə Bavariya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Dresen, bank işində uğurlu karyeradan sonra 2013-cü ildə “Bavariya”ya baş maliyyə mütəxəssisi kimi qoşulub. Bir ildən sonra o, idarə heyətinin sədr müavini vəzifəsinə yüksəlib. 2023-cü ilin may ayında Dresen baş direktor təyin olunub.
Aut.az
