“Bayer”dən açıqlama gəldi: Pulsuz buraxmayacağıq
“Bayer Leverkuzen”in baş direktoru Fernando Karro klubun müdafiəçisi Conatan Tanın başqa komandaya keçə biləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Aut.az xəbər verir ki, daha əvvəl jurnalist Florian Plettenberq “X” sosial şəbəkəsində “Bavariya”nın oyunçu ilə maraqlandığını və “Bayer”in onu 20 milyon avroya buraxmağa hazır olduğunu bildirmişdi.
“Biz Ta ilə müqaviləni uzatmaq niyyətindəyik. Klubumuz futbolçularını pulsuz buraxmayacaq: ya müqavilələrini uzadacağıq, ya da satacağıq.
Conatanla söhbətimiz oldu, biz onu çox yüksək qiymətləndiririk. Başa düşür ki, klub və hamımız onu komandada saxlamaq istəyirik. Amma bizim də onun öz seçiminə hörmət etməkdən başqa çarəmiz yoxdur. Görək bizdə qalacaq, yoxsa gedəcək. Onun qalacağına ümid var”, – deyə “Sky Deutschland” Fernando Karrodan sitat gətirib.
Aut.az
