İngiltərəAlmaniya

“Arsenal”ın ulduzu “Borussiya”nın hədəfində

“Arsenal”ın yarımmüdafiəçisi Leandro Trossar “Borussiya Dortmund”un maraq dairəsinə düşüb.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.

30 yaşlı vinger yay transfer dönəmində komandasını dəyişə bilər. Belçikalı futbolçunun xidmətində Almaniya klubundan başqa İngiltərə Premyer Liqasının iki digər, adı açıqlanmayan komandası da maraqlıdır.

Trossardın London təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. O, ötən mövsüm “topçular”ın heyətində 56 oyunda 10 qol vurub və 9 məhsuldar ötürmə edib.

Qeyd edək ki, bir neçə gün öncə “Borussiya Dortmund”un digər sol cinah oyunçusu Covanni Reynanın “Parma” ilə müqavilə imzalamağa yaxın olduğu bildirilmişdi.

Aut.az