Ukraynalılar şikayət etdi: Rusiyalını Dünya Oyunlarına buraxmadılar
Ciu-citsu üzrə 7 qat dünya çempionu Dmitri Beşents Çində keçirilən Dünya Oyunlarına buraxılmayıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Ciu-Citsu Federasiyasının prezidenti Georgi Kukoverov məlumat verib.
Onun sözlərinə görə, rusiyalı idmançı Beynəlxalq Dünya Oyunları Assosiasiyasına (IWGA) ukraynalılardan daxil olan materiallar əsasında yarışdan kənarlaşdırılıb.
“Beynəlxalq Dünya Oyunları Assosiasiyasının üzvü olan Beynəlxalq Ciu-Citsu Federasiyasının Beşenetsə qarşı heç bir iddiası yoxdur. Lakin Rusiya idmançılarının Beynəlxalq Olimpiya Komitəsi tərəfindən hazırlanmış neytral status meyarlarına uyğun olub-olmamasına nəzarət edən IWGA uyğunluq komitəsindən idmançımıza qarşı qəfildən belə iddialar yaranıb.
Beşenetsin Dünya Oyunlarından kənarlaşdırılmasına əsas ukraynalıların bu komitəyə göndərdiyi materiallar olub. Ukraynalılar IWGA-ya bildiriblər ki, Beşenets sosial şəbəkələrdə “Putin bizim prezidentdir” qrupuna abunədir. Komitəyə həmçinin Beşenetsin tələbələrinin “Dinamo” emblemi olan pankart fonunda postamentdə dayandıqları bir neçə fotoşəkil də daxil olub. Digər fotolarda isə onun tələbələri “Voronej Hava Desant Qüvvələrinin doğulduğu yerdir” yazılmış pankartın fonunda dayanıblar.
Çin təşkilat komitəsinin nümayəndələrinin Beşenetsin diskvalifikasiyası ilə heç bir əlaqəsi yoxdur. O, Dünya Oyunlarında iştirak edəcək yeganə idmançımız idi və onun diskvalifikasiyasından sonra ruslar ciu-citsu turnirində iştirak etməyəcəklər”, – TASS Kukoverovdan sitat gətirib.
Dünya Oyunları avqustun 7-dən 17-dək Çenqduda keçiriləcək.
Aut.az
