İngiltərəİspaniya

Transfer bombası: “Liverpul” “Real”la danışıqlara hazırlaşır

“Real Madrid”in fransız yarımmüdafiəçisi Aurelien Tçuameni “Liverpul” və “kral klubu” arasında danışıqların mövzusu ola bilər.

Aut.az xəbər verir ki, bu barədə “Defensa Central” məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçi “qırmızı-qaralar”ın diqqətini çəkir və onlar “Blancos” rəhbərliyi ilə fransalının mümkün transferi barədə danışmaq üçün “Real Madrid”lə “Enfild”də keçiriləcək matçı səbirsizliklə gözləyirlər.

Madrid klubu yarımmüdafiəçini indi satmağa həvəsli deyil, lakin bu ehtimal da istisna edilmir, amma onun qiyməti çox baha olacaq. Futbolçunun dəyəri 100 milyon avrodur.

Bu mövsüm Aurelien klub səviyyəsində 15 oyun keçirib.

Aut.az