Onun gedişi Messinin qayıdışının başlanğıcıdır – Prezident
İspaniya La Liqasının prezidenti Xavyer Tebas PSJ-nin hücumçusu Lionel Messinin “Barselona”ya mümkün qayıdışından danışıb.
“Busketsin gedişi Messinin qayıdışına aparan yolun başlanğıcıdır… Amma sona çatmaq üçün hələ çox var. Onlara yaşıl işıq yandıran mən deyiləm, bu, onların maliyyə nəzarəti olacaq”, –“Mundo Deportivo” Tebasdan sitat gətirib.
Daha əvvəl “Barselona”nın vitse-prezidenti bildirmişdi ki, hazırda Messinin transferi klubun planlarına daxil deyil.
Argentinalının, rekord müqavilə təklif edilən Səudiyyə Ərəbistanına gedə biləcəyi də bildirilir.
Aut.az
