Narazıdır: VAR sistemini dəyişmək istəyir
“Real” La Liqada videohakimlərin işində dəyişiklik etmək niyyətindədir.
Aut.az xəbər verir ki, bu barədə “Marca” xəbər yayıb.
“Real” hesab edir ki, sistem qeyri-kamildir və tez-tez klublara qarşı işləyir. “Kral klubu” bu yaxınlarda keçirilən “el klasiko”nu misal göstərir. Klubun məqsədi sistemi dəyişməkdir. “Real” öz telekanalında və İspaniya mətbuatında bu mövzunu daim gündəmə gətirməyə davam edəcək.
Həmçinin, “Real” hesab edir ki, bu mövsüm kluba qarşı edilən səhvlər təsadüfi deyil və videohakimlərə kənar təsirin nəticəsidir.
Klub VAR-a məsul şəxslərin dəyişdirilməsini təmin etmək niyyətindədir.
Aut.az
