Ançelotti “Barsa” ilə oyunda onları niyə danlayıb?
“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya Superkubokunun finalında “Barselona” ilə keçirilən oyunda (4:1) davamlı olaraq Vinisius Junior və Jude Bellinqemə müraciət edib.
Aut.az xəbər verir ki, oyundan sonra məlum olub ki, onların tez-tez dabanla oynamağa çalışması məşqçini qane etməyib, buna görə də onlara irad bildirib.
“Yox, yox, onlar dabanları ilə oynamamalıdırlar. Onların daban oyununu bəyənmirəm. Mən onlardan bunu etməmələrini xahiş etdim”, – “Movistar” oyun zamanı Ancelottinin dediyi sözləri sitat gətirib.
Xatırladaq ki, final matçında yeddinci dəqiqədə Vinisius hesabı açıb, onuncu dəqiqədə isə dubl edib. 39-cu dəqiqədə Junior penaltidən fərqlənərək het-trik edib.
Aut.az
