İspaniya

Qəpiyə güllə atırlar – Komanda naharı ləğv edildi

“Barselona” ikinci komandanın oyunçuları üçün komanda naharını ləğv edib.

Aut.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb. Bildirilir ki, Kataloniya klubu pula qənaət etmək üçün bu addımı atıb.

Baş məşqçi Xavi əsas komandaya qoşulduqdan sonra futbolçular səhər yeməyini birlikdə yeyiblər, gənc futbolçular üçün nahar isə istəyə bağlı olub. Ona görə də hamı nahara qatılmırdı. Yəni nahar xərci o qədər də böyük deyildi.

Amma buna baxmayaraq, Kataloniya klubu naharın xərcindən imtina etmək qərarına gəlib.