İspaniya

Görün Gündoğan hansı klubdan təklif alıb – Fikirləşir  

“Barselona”nın və Almaniya millisinin 33 yaşlı yarımmüdafiəçisi İlkay Gündoğan ” Əl-Sədd”ə keçə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” internet nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, vaxtilə Xavinin futbolçusu və məşqçisi olan Qətər klubu alman futbolçuya sərfəli təklif edib. Gündoğanın “Əl-Sədd”in təklifini nəzərdən keçirdiyi bildirilir.

Xatırladaq ki, ötən mövsüm Gündoğan bütün turnirlərdə 51 matçda iştirak edib, 5 qol vurub, 14 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt internet portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 16 milyon avrodur.

Aut.az