İspaniya

Qayıtsa, bu forma ondan alınacaq, böyük satış gözlənilir – FOTO

Messi “Barselona”ya qayıtmağa verərsə, klub rəhbərliyi 10 nömrəli formanı ona verəcək.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Əşrəf Ben Ayad “Twitter”də məlumat verib.

Mənbənin məlumatına görə, klub 10 nömrə hazırkı sahibi Ansu Fatidən alınacaq.  Gənc ispan bu nömrəni 2021-ci ildə, Messi komandadan ayrıldıqdan dərhal sonra alıb.

Ancaq Fatiyə qoyulan yatırım nəticə vermədi: hücumçu tez-tez zədələndi, liderə çevrilə bilmədi və getdikcə ehtiyat oyunçular skamyasında daha çox oturmalı oldu.

Messi  qayıtsa, “Barselona” 10 nömrəli formanın satışından külli miqdarda gəlir götürəcək. Klub rəhbərliyi böyük satışlar gözləyir.

Qayıtsa, bu forma ondan alınacaq, böyük satış gözlənilir - FOTO

Aut.az