PSJ “Bavariya”ya sorğu göndərdi: Onun haqda məlumatı aldı
PSJ Coşua Kimmixin transferi ilə bağlı “Bavariya” ilə əlaqə saxlayıb.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Santi Auna “X” sosial şəbəkəsində yazıb.
Mənbənin sözlərinə görə, Paris klubu indi almanların tələb etdiyi məbləği və futbolçunun özünün maliyyə ehtiyaclarını bilir. “Bavariya”nın Kimmixi satmağa açıq olduğu bildirilir.
Almaniya millisinin futbolçusunun mümkün transferinin “Benfika”nın yarımmüdafiəçisi Joao Nevesin transferi ilə ziddiyyət təşkil etmədiyi güman edilir.
Xatırladaq ki, Kimmix ötən mövsüm bütün turnirlərdə 46 matçda iştirak edib, 2 qol vurub, 11 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.
Aut.az
