Ukrayna Futbol Assosiasiyasının 2015-2023-cü illər üzrə fəaliyyətinin müstəqil auditinin ilkin nəticələri məlum olub.
Aut.az xəbər verir ki, Assosiasiyanın fəaliyyətinin hərtərəfli auditini Andrey Şevçenko 2024-cü ilin yanvarında, UAF prezidenti vəzifəsinə seçildikdən dərhal sonra elan etmişdi.
Bu mərhələdə Ukraynanın müstəqil audit şirkəti “AC Crowe Ukraine” 1 milyard 342 milyon 900 min qrivin məbləğində UAF aktivlərinin xaricə axınını aşkarlayıb.
Əsas itkilərə ofşor şirkətlərlə əməliyyatlar, depozitlərdən istifadə nəticəsində vəsait itkiləri, alınmış malların/işlərin/xidmətlərin dəyərinin şişirdilməsi ilə bağlı xərclər səbəb olub.
Təqdim olunan məlumatlar ilkindir və yekun təsdiq edilməlidir. Auditin yekun nəticələri təhlillər başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacaq.
Aut.az