Avropa Liqası

“Lill”lə oyunda iki sarı vərəqə alan Martines niyə qovulmayıb?

“Aston Villa” “Lill”i penaltilər seriyasında məğlub edərək (4:3) Konfrans Liqasının yarımfinalına yüksəlib.

İlk görüşdə olduğu kimi cavab qarşılaşmasının da əsas vaxtı 2:1 hesabı ilə başa çatıb.

Aut.az xəbər verir ki, mübahisəli məqam penaltilər seriyası zamanı yaşanıb. İngiltərə komandasının qapıçısı Emiliano Martines təxribata görə sarı vərəqə alıb ki, bu da onun oyunda ikinci “sarısı” olub.

O, ilk vərəqəni 39-cu dəqiqədə oyunu gecikdirdiyinə görə alıb.

Lakin argentinalı meydandan qovulmayıb, çünki beynəlxalq futbol qaydalarının 10-cu bəndinə əsasən, sarı vərəqələr penaltilər seriyasından əvvəl ləğv edilir.

Aut.az