Futbol agenti Timur Qurtskaya “Krasnodar”ın baş məşqçisi Murat Musayevin təyinatını şərh edib.
Aut.az xəbər verir ki, o, 40 yaşlı mütəxəssisin avtoritet olmadığını bildirib:
“Vladimir İviç soyunub-geyinmə otağında görünməmiş səlahiyyətə malik olan diktator məşqçidir. Birdən başqa oğlan gəlib nəsə söyləyir, oyunçular “yaxşı” deyirlər. Musayev bu komanda üçün avtoritet deyil, olmayacaq da.
“Krasnodar”ın yaxşı məşqçiyə nə qədər ehtiyacı olduğunu başa düşməsini istərdim. Onlar Musayevlə ilk beşliyə düşməyəcəklər”.
Xatırladaq ki, Murad Musayev “Krasnodar”la bu mövsümün sonuna qədər müqavilə imzalayıb. Musayev bundan əvvəl 2019-2020-ci illərdə “Krasnodar”ın baş məşqçisi vəzifəsində çalışıb. Məhz onun rəhbərliyi ilə “buğalar” UEFA Çempionlar Liqasında debüt edib. Musayevin son iş yeri “Sabah” olub.