Belarus Futbol Federasiyası Assosiasiyası (ABFF) Rusiya millisinin keçmiş hücumçusu Vladimir Niderhausu persona non-qrata elan edib.
Aut.az xəbər verir ki, bu barədə federasiyanın saytında məlumat verilib.
Nidrqaus Volqoqrad “Rotor”undakı çıxışı ilə tanınır. Hücumçu 1992-1998 və 1999-2000-ci illərdə “Rotor”da çıxış edib. Niderqaus 1994-cü ildə Rusiya millisində bir oyun keçirib. Hücumçu Avstriya ilə yoldaşlıq oyununda (3:0) yeddi dəqiqə meydanda olub.
O, 2021-ci ildən Belarusun “Şaxtyor” klubunun idman direktoru vəzifəsində çalışır. ABFF onu ölkə çempionatında danışılmış oyunların təşkilində ittiham edir. Daha əvvəl məlum olmuşdu ki, “Şaxtyor” 2022-ci il mövsümdə qazandığı çempionluqdan məhrum edilib.
Aut.az