İspaniya

“Atletiko” onu satmağa razılaşdı – Amma “Barsa””ya yox

“Atletiko” hücumçu Julian Alvaresin transferi üçün təklifləri dinləməyə hazırdır.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto bildirib.

Moretto bildirib ki, “Atletiko” ilk dəfə olaraq Alvaresin transferini nəzərdən keçirir və təkliflərini dinləməyə hazırdır.

Amma “hindular” hücumçunu İspaniyadan kənarda satmağa üstünlük verərdilər və “Arsenal” da maraqlananlar arasındadır. Julianın prioriteti “Barselona”ya keçməkdir və Dünya Kubokundan sonra Kataloniya klubunun oyunçunu əldə etmək üçün daha bir cəhd göstərməsi gözlənilir.

Julian Alvares 2024-cü ildə 75 milyon avroya “Mançester Siti”dən “Atletiko Madrid”ə keçib. Onun müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.

Aut.az