İspaniya

“Barsa” nəhəng sponsorlarla danışır – Lap az qalıb  

“Barselona” Lionel Messinin qayıtması üçün ciddi fəaliyyət göstərir.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Jerar Romero “Tvitter” hesabında məlumat verib. Mənbəyə görə, İspaniya klubu Messinin geri qayıtmasına maliyyə baxımından kömək edəcək əsas sponsorlarla müqavilələr üzərində işləyir.

Əks halda, maliyyə problemləri yaşayan “Barselona” praktiki olaraq belə bir keçidi təmin edə bilməyəcək. Romero, həmçinin bildirir ki, həm Messi, həm də “Barselona” bu müqavilənin həyata keçəcəyinə inanır.

Daha əvvəl Romero, PSJ azarkeşlərinin Messini fitə basmasına belə münasibət bildirmişdi: “Döz, Leo! Çox az vaxt qaldı”.

Aut.az