Pimblett erməniyə “ilişdi” – Baş qatmağı dayandır
Yüngül çəkidə britaniyalı döyüşçü Peddi Pimblett rusiyalı Arman Tsarukyanı tənqid edib.
Aut.az xəbər verir ki, Pimblett “Full Send MMA”ya verdiyi müsahibədə deyib:
“Arman döyüşmür. O, son üç ildə yalnız bir qələbə qazanıb. Bu, hər kəsin məğlub edə biləcəyi Den Huker adlı məğluba qarşıdır. Artıq döyüşməyə başlan və bu axmaq güləş yarışları ilə baş qatmağı dayandır”.
Tsarukyan noyabr ayında Qətərin Doha şəhərində keçirilən “UFC Fight Night 264” turnirində avstraliyalı Den Hukeri boğucu üsulla məğlub etdikdən bəri yarışlarda iştirak etməyib.
Aut.az
