Lebron uğrunda mübarizə – Favorit kimdir?
“Klivlend Kavalyers” “Los-Anceles Leykers”dən ayrıldıqdan sonra azad agent olan dördqat NBA çempionu Lebron Ceymsi transfer etmək üçün əsas namizəddir.
Aut.az xəbər verir ki, bu barədə “X” sosial media hesabında NBA-nın insayderi Tim Makmahon bildirib:
“Lebron Ceymsin “Klivlen”də keçidi hazırda ən çox ehtimal olunan seçim kimi görünür. Düşünürəm ki, hazırda “Kavalyers” bu mübarizədə favoritdir”.
30 iyun tarixində “Los Angeles Leykers” rəsmi olaraq Lebron Ceymisin klubdan ayrıldığını elan etdi. Ulduz hücumçu 2018-ci ildən bəri komandada oynayırdı. Lebron dördqat NBA çempionudur (2012, 2013, 2016, 2020).
Aut.az
