Basketbol

10 ölkənin şikayətinə Rusiyadan reaksiya: İt hürür, karvan keçir

Rusiyanın əməkdar basketbol məşqçisi Sergey Yeleviç 10 ölkənin FIBA-ya göndərdiyi məktuba münasibət bildirib.

Aut.az xəbər verir ki, həmin məktubda Rusiya və Belarus milli komandalarının beynəlxalq turnirlərdən kənarlaşdırılması tələb edilir.

“Buna fikir verməyin. Qoy hər cür bəyanat yazsınlar: it hürür, amma karvan keçir. Səs çoxluğu beynəlxalq arenaya qayıtmağımızı təsdiqlədikdən sonra da onlar bu üslubda davam etsələr, cavablarını alacaqlar. Onlar yalnız öz basketbolları üçün vəziyyəti daha da pisləşdirirlər, yalnız özlərinə zərər verirlər”, – deyə “Match TV” Yeleviçdən sitat gətirib.

10 ölkənin nümayəndəsi əvvəllər FIBA-ya Rusiya və Belarusun beynəlxalq yarışlara mümkün qayıtmasına qarşı olduqlarını bildirən kollektiv məktub göndərmişdilər. Sənəd Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç, Polşa, İsveç və Ukrayna basketbol federasiyalarının rəhbərləri tərəfindən imzalanıb.

Aut.az