Tennis

Bunu bacaran ən gənc tennisçi odur – 1996-cı ildən bəri

Dünyanın 1 nömrəli tennisçisi Yannik Sinner 1996-cı ildən bəri ardıcıl beş və ya daha çox “Uimbldon”un 1/4 finalına yüksələn ən gənc oyunçu olub.

Aut.az xəbər verir ki, Sinner 2026-cı il “Uimbldon” turnirinə 24 yaş 317 günlüyündə qatılıb. Sinnerdən əvvəl bu nailiyyətə imza atan ən gənc tennisçi amerikalı Pit Sampras idi – 1994-cü ildə “Uimbldon”da o, 22 yaşı 312 günlüyündə idi.

Yannik Sinner “Uimbldon”un hazırkı çempionudur. O, ötən il finalda ispan tennisçi Karlos Alkarası 4-6, 6-4, 6-4, 6-4 hesabları ilə məğlub etmişdi.

Aut.az