Tennis

Əfsanə sevimli turnirindən danışdı: Yaşıl otlara və ağ formalara aşiq oldum

Böyük Dəbilqə yarışlarının 24 qat qalibi, olimpiya çempionu serb tennisçi Novak Cokoviç “Uimbldon”a münasibətindən danışıb.

Aut.az xəbər verir ki, o, London keçirilən ənəvi turnirin sevimli yarışı olduğunu bildirib:

“İlk dəfə “Uimbledon”da qalib gəlməyim məni ATP reytinqində zirvəyə qaldırdı. Bu yarış həmişə qəlbimdə xüsusi yer tutub. Dörd yaşım olanda Samprasın ilk “Uimbldonun”u qazanmasına baxdım. Mən sadəcə yaşıl otlara, ağ formalara, başqa heç bir turnirdə olmayan bu hekayəyə aşiq oldum. Bu, onu tennis idmanı tarixində ən vacib edir. Hər hansı bir turniri qeyd etməli olsam, ən çox bəyəndiyim “Uimbldon”dur”.

Xatırladaq ki, Cokoviç “Uimbldon” turnirinin 7 qat qalibidir. İlk çempionluğunu 2011-ci ildə qazanıb.

Aut.az