Bu arenanın yenidənqurma işlərinə 800 milyon dollar ayrıldı
Amerika Tennis Assosiasiyası (USTA) US Open turnirinin keçirildiyi “Billi Cin Kinq” adına Milli Tennis Mərkəzinin 800 milyon dollarlıq yenidənqurma planlarını açıqlayıb.
Aut.az xəbər verir ki, işlər turnirin əsas arenası olan Artur Eş stadionunun modernləşdirilməsini və tamaşaçı yerlərinin artırılmasını nəzərdə tutur. Layihə çərçivəsində müasir İdmançı Performans Mərkəzi yaradılacaq, paltardəyişmə otaqları və isinmə zonaları təkmilləşdiriləcək.
Planlaşdırılan işlərin 2027-ci ilə qədər başa çatdırılması gözlənilir. Təşkilatçılar bildiriblər ki, 2025 və 2026-cı illərdə keçiriləcək turnirlərin təşkili bu layihədən təsirlənməyəcək və nə azarkeşlər, nə də tennisçilər üçün narahatlıq yaranmayacaq.
Aut.az
