Haalandın atasından eyhamlı mesaj: “Real”da oynamaq…
“Mançester Siti”nin ulduzu Erlinq Haalandın atası Alf-İnqe Haaland oğlunun “Real Madrid”ə keçəcəyi ilə bağlı ehtimallara işarə edib.
Aut.az xəbər verir ki, onun sözlərini “Marca” sitat gətirib:
“Digər klublarla seçimlər barədə çox danışmaq istəmirəm. O, “Mançester Siti”də xoşbəxtdir, uzunmüddətli müqaviləsi var… Amma hər bir futbolçu “Real Madrid”də oynamaq istəyir.
Futbolda həmişə imkanlar var. İspaniyada əla komandalar, böyük klublar var. Nə baş verəcəyini heç vaxt bilmək olmaz, amma indi o, İngiltərədə oynayır və orada özünü xoşbəxt hiss edir”, – ata Haaland deyib.
Xatırladaq ki, Erlinq Haalandın dublu Norveçə Dünya Kubokunun 1/8 finalında Braziliya üzərində 2-1 hesablı qələbə qazandırıb. Norveç 12 iyulda Mayamidə İngiltərə ilə 1/4 finalda qarşılaşacaq.
Aut.az
