“Siti” “Real” və “Barsa”nın təklifini rəd etdi
“Mançester Siti” “Real Madrid”, “Barselona” və “Çelsi”nin Ruben Dias üçün etdiyi təklifləri rədd edib.
Aut.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.
Klub qeyd edib ki, Dias “tamamilə toxunulmaz oyunçudur” və baş məşqçi Entso Mareskanın rəhbərliyi altında yeni dövrün dayağı olacaq. Londonun “Arsenal” klubu da müdafiəçi ilə maraqlandığını bildirib.
Ruben Dias 2020-ci ilin sentyabr ayından bəri “Mançester Siti”də oynayır. Onun klubla müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir. “Transfermarkt”ın məlumatına görə, müdafiəçinin dəyəri 55 milyon avrodur.
Aut.az
