Abramoviçin ürəyi hələ də “qan ağlayır” – Sanki körpəsini itirib
London klubunun keçmiş futbolçusu Con Obi Mikel bildirib ki, Roman Abramoviç “Çelsi”nin satılmasından hələ də əziyyət çəkir və sanki “övladını” itirib.
“Onun futbol klubunu itirməsi təəssüf doğurur. Mən hələ də ona yaxın insanlarla danışıram və bu, hələ də onu incidir. O, hələ də baş verənlərə qəzəblidir. “Çelsi” onun üçün sanki “körpəsi” idi. “Körpəsini” itirdiyi üçün ürəyi qan ağlayır.
Mən bu amerikalı sahiblər haqqında çox şey bilmirəm. Kimsə futbola “sokker” deyirsə, mən onlarla danışmaq istəmirəm, çünki siz oyunu başa düşmürsünüz.
Roman tamamilə fantastik idi. Baxın, bu adam futbol klubu qurmaq üçün o qədər pul xərcləyib, ən yaxşıları cəlb edib, həmişə bizim zirvədə qaldığımızdan əmin olub. Hər il yarışıb, kuboklar qazanırdıq. Qazanmasaq belə, gələn il bir və ya iki kubok qazanmalı idik”, – Obi Mikel “Obi One” podkastında deyib.
Abramoviç 2003-2022-ci illərdə “Çelsi”nin sahibi olub. Onun rəhbərliyi altında London klubu beş dəfə İngiltərə çempionu olub, beş dəfə İngiltərə Kubokunun, üç dəfə İngiltərə Liqa Kubokunun qalibi olub, həmçinin hərəyə iki dəfə Çempionlar Liqası və Avropa Liqasının qalibi olub.
Rusiyalı iş adamı İngiltərə sanksiyaları altında qalaraq “Çelsi”ni amerikalı investor Todd Bolenin rəhbərlik etdiyi konsorsiuma satmaq məcburiyyətində qalıb.
Aut.az
