İspaniya

Laporta həmin gün Messi ilə danışıb: Nəticəsi olmadı

“Barselona”nın prezidenti Joan Laporta klubunun keçmiş hücumçusu Lionel Messi ilə münasibətləri barədə danışıb .

Aut.az xəbər verir ki, Laporta “İnter Mayami”nin oyunçusunun “Kamp Nou”ya səfəri haqqında da məlumat verib:

“Messi həyat yoldaşı ilə stadiona gəlməyə qərar verdi. Mühafizəçi Leo olduğunu görəndə onu içəri buraxdı. Messinin getməsi ilə bağlı şayiələr?

Klub hər şeydən öndədir. Onunla ad günündə danışdım, amma bunun heç bir ciddi nəticəsi olmadı..

Barışa bilərikmi? Bu, digər tərəfdən asılıdır. Ona təşəkkür etmək istəyirəm, çünki Messinin dövrü tariximizin ən şərəfli dövrüdür. O, “Barselona”ya çox şey verdi, amma “Barselona” da ona çox şey verdi”, – Laporta deyib.

Aut.az