İngiltərə

Əfsanə Runini müdafiə etdi: Düz deyir

“Mançester Yunayted”in keçmiş kapitanı Roy Kin “qırmızı şeytanlar”ın bəzi oyunçularının oynaya biləcəyini, lakin Avro-2024-ün yaxınlaşması səbəbindən zədələrdən sonra ümumi qrupa qayıtmağa tələsmədiyini söyləyən Ueyn Runini dəstəkləyib.

Aut.az xəbər verir ki, Kin sözlərini “The Telegraph” nəşri sitat gətirib.

“Oyunçuların zədədən qayıtmaq və oynamaq istəməməsi yaxşı əlamət deyil. Həmişə zədəsi olanlar olacaq, amma siz ümid edirsiniz ki, onlar futbola qayıtmaq üçün mübarizə aparırlar.

Bəzən mövsümün müəyyən dövrü gələndə və ya oyunçuların özünə inamı olmayanda onlar komandaya qayıtmağa tələsmirlər”, – Kin bildirib.

Aut.az