İngiltərə

“Çelsi”nin sahibinin həyat yoldaşı ilə bu VİDEOSU gündəm oldu

Premyer Liqanın ilk turunda “Stemford Bric”də baş tutan London derbisi qolsuz heç-heçə ilə başa çatıb

Aut.az xəbər verir ki, “Çelsi” “Kristal Pelas”ın müdafiəsini aşmağı bacarmayıb (0:0).

Lakin sosial şəbəkələrin əsas mövzusu oyunun nəticəsi yox, tribunalardakı maraqlı an olub. Yayım kameraları “Çelsi”nin sahibi Todd Boelini həyat yoldaşı Keti Qarrett Boeli ilə yanaşı çəkib.

Kadrlarda görünür ki, Boeli telefonuna baxmaqla məşğul olub, lakin həyat yoldaşı qəfil ona nəsə deyərək cihazı kənara qoymasını istəyib. Bu da məhz kameralar klub sahibinə yönəldiyi anda baş verib.

Əyləncəli epizod dərhal sosial şəbəkələrdə yayılaraq azarkeşlər arasında böyük müzakirələrə səbəb olub.

Aut.az