Ən yaxşı kim olacaq?
İngiltərə Premyer Liqası ayın ən yaxşı futbolçusu mükafatına namizədlərin adlarını açıqlayıb.
Aut.az xəbər verir ki, Harvi Barns (“Nyukasl”), Kirnan Düzberi-Holl (“Everton”), Jeremi Doku (“Mançester Siti”), Bruno Fernandes (“Mançester Yunayted”), Morqan Gibbs-Uayt (“Nottingem Forest”), Ris Ceyms (“Çelsi”), İqor Tiago (“Brentford”) və Deklan Rays (“Arsenal”) mükafat uğrunda yarışırlar.
Qalib azarkeşlərin və mütəxəssislərin səsverməsi nəticəsində müəyyənləşdiriləcək.
