Azərbaycan futbolu

“Sabah”ın futbolçusu: “TNS-lə matça çox yaxşı hazırlaşmışıq”

“Sabah” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacağı TNS (Uels) ilə oyuna tam hazırdır.

Aut.az xəbər verir ki, bunu Azərbaycan çempionunun futbolçusu Velko Simiç matçdan öncə mətbuat konfransında deyib.

O, görüşə hazırlığı dəyərləndirib:

“Çox yaxşı təlim-məşq toplanışı keçdik. Bəzi ideyalarınızı oyunlarda həyata keçirmək istəyirik. Öz oyunumuz barədə düşünürük. Fikrimcə, tam hazırıq”.

Xatırladaq ki, “Sabah” – TNS görüşü iyulun 7-də “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 14-də Uelsdə baş tutacaq.