Dünya futbolu

“Əl-Nəsr”in yeni baş məşqçisi bəlli oldu

Avstraliya yığmasının və “Tottenhem”in keçmiş baş məşqçisi Ange Postekoqlu Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun baş məşqçisi təyin dilib.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis iki mövsümlük müqavilə imzalayıb və bu vəzifədə portuqaliyalı məşqçi Xorxe Jezusu əvəz edib.

Postekoqlu 30 illik məşqçilik təcrübəsinə malikdir və bu müddət ərzində Avstraliya milli komandasına, Yaponiyanın “Yokohama F. Marinos”, Şotlandiya “Seltik” və İngiltərənin “Tottenhem” komandalarına rəhbərlik edib. London klubu ilə 2024/25 mövsümündə Avropa Liqasını qazanıb.

Aut.az