Dünya futbolu

Portuqaliyada Ronaldoya görə qarşıdurma: Əhalinin 40 faizi…

Portuqaliyalı keçmiş futbolçu Manişe Kriştiano Ronaldonun milli komandadakı mövqeyi barədə danışıb.

Aut.az xəbər verir ki, 40 yaşlı hücumçu seçmə mərhələdə beş qol vuraraq Portuqaliyanın Dünya Kubokuna vəsiqə qazanmasına kömək edib, lakin Manişe hesab edir ki, onun varlığı komandanı buxovlayır.

“Portuqaliyada Ronaldo ilə bağlı fikirlər bölünüb: insanların 40%-i onun ABŞ-a qarşı yoldaşlıq oyununda start heyətində oynamasını istəmir və onların fikrincə, Roberto Martinesin futboluna daha çox uyğun gələn Qonsalo Ramos onun yerini tutmalıdır.

Mən Kriştianonu start heyətinin vacib bir hissəsi hesab edən 60%-dən biriyəm. Rəqib müdafiəçilər ona çox hörmət edirlər – bəzən bir neçə rəqib tərəfindən saxlanılır ki, bu da digərləri üçün yer açır. Ronaldo oyunları dəyişdirməyə qadir olan əla oyunçu olaraq qalır”, – deyə “Əl-Nəsr Zone” Manişenin sözlərini sitat gətiri.  Ronaldo fevralın 5-də 41 yaşına çatacaq.

Aut.az