Dünya futbolu

Milli karyerasını bitirdi

Belçikalı futbolçusu Naser Şadli milli karyerasını bitirib.

Aut.az xəbər verir ki, bu barədə Belçika Futbol Federasiyası məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi müqavilə ilə Türkiyənin “Başakşəhər” komandasına məxsusdur. O, icarə əsasənda ölkəsinin “Vesterlo” klubunda çıxış edir.

Şadli, milli karyerasına 2011-ci ildə başlayıb.  O, 60 oyunda 8 qol vurub.

Bu həftə Aksel Vitsel də Belçika millisindəki karyerasını bitirdiyini açıqlamışdı