O, mənim üçün oğul kimidir – Yamal
Barselona” və İspaniya millisinin hücumçusu Lamin Yamal ailəsi haqqında danışıb.
Aut.az xəbər verir ki, MD Yamalın sözlərini sitat gətirib:
“Qardaşımı xoşbəxt görəndə özümü çox gözəl hiss edirəm. Anam da xoşbəxtdir; o, həmişə istədiyi həyatı yaşayır. Mən bunu sevirəm. Qardaşıma aşiqəm! O, mənim üçün oğul kimidir”.
Yamal ailənin vacibliyini dəfələrlə vurğulayıb. Onun kiçik qardaşı tez-tez futbolçunun sosial mediadakı şəkillərində görünür.
Aut.az
