Azərbaycan futbolu

“Şamaxı”nın daha bir rəqibi məlum oldu

“Şamaxı”nın yay təlim-məşq toplanışı zamanı rəqiblərindən biri məlum olub.

Aut.az xəbər verir ki, sözügedən komanda “Kəpəz”lə qarşılaşacaq.

Qarşılaşma iyulun 20-si Qəbələ şəhər stadionunda keçiriləcək.

“Şamaxı” daha öncə “Qəbələ” ilə də yoxlama oyunu keçirəcəyini açıqlamışdı.